Türkiyədə avtobus qəzasında ölənlərdən ikisi Azərbaycan vətəndaşıdır


Dekabrın 18-də Türkiyənin Qars şəhərinin Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib.


Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi tviter səhifəsində məlumat yayıb.

Məlumatda deyilir:

"Bütün dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbr, yaralananlara isə tezliklə şəfa diləyirik".

Səfirlik bildirir ki, Qarsda baş vermiş avtobus qəzasında vəfat edənlərin və yaralıların yaxınları məlumat əldə etmək üçün Azərbaycanın bu şəhərdəki baş konsulluğu ilə +90 543 310 42 92 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu