Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin qeyri-formal görüşü keçirilib
Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
AFN xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.