"Şərq Tərəfdaşlığı"na üzv ölkələrin liderlərinin sammiti başlayıb
Brüsseldə "ŞərqTərəfdaşlığı"na üzv ölkələrin liderlərinin sammiti start götürüb.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts tviter hesabında yazıb.
Paylaşımda deyilir ki, sammitdən sonra Şarl Mişel mətbuat konfransı keçirəcək.