Paşinyandan Brüssel görüşü barədə açıqlama
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş zamanı Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa edilməsi barədə razılığı təsdiqlədik”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, dəmir yolu qarşılıqlıq prinsipi əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq fəaliyyət göstərəcək.
Paşinyan bildirib ki, Ermənistanın dəmir yolu ilə İran və Rusiyaya çıxışı olacaq.
“Biz, həmçinin təmasların davam etdirilməsi barədə də razılığa gəldik”, - deyə N. Paşinyan əlavə edib.(Qafqazinfo)