Mərhum müğənni Aslanın atasından ürəkdağlayan sözlər - VİDEO


Mərhum müğənni Aslan Hüseynovun atası oğlunun vəfatından sonra ilk dəfə danışıb.


“Elgizlə izlə” proqramına müsahibə verən ata oğlu ilə bağlı xatirələrini bölüşüb, onun vəfatından xəbərsiz olduğunu, yalnız torpağa tapşırılandan sonra məlumatlandırıldığını açıqlayıb: "Aslan çox yaxşı oğul idi. Gəldi ki, gedirəm Gəncəyə. Dedim ki, getmə, ana orada deyil. Getməyəcəm deyib, amma gecə durub gedib. Mən də xəstə idim, dedilər, Aslan qəza keçirib, Türkiyəyə aparıblar. Sən demə, onu dəfn belə ediblər. Hər gün deyirdim ki, Aslan haradadı, niyə zəng etmir. Axırda mənə dedilər ki, ata, Aslanı artıq basdırıblar”.

Oğlundan danışan ata göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, müğənni A.Hüseynov mayın 4-də yol qəzasında həyatını itirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu