Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İraqın şimalında 3 türk hərbçisinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib.
AFN-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Pəncə-İldırım əməliyyatında xaincəsinə terror hücumu nəticəsində şanlı türk ordusunun üç hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Allah rəhmət eləsin”, - başsağlığında deyilir.