Azərbaycan və Ermənistan XİN rəhbərləri bu gün görüşə bilər
Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bunu “Azatutyun”a açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində dekabrın 2-də İsveçdə görüş keçiriləcəyi bildirilirdi.