Rəşad Nəbiyev: “Məqsədimiz rəqəmsal transformasiya üçün zaman kəsiyini qısaltmaqdır”
“Rəqəmsal transformasiya Azərbaycan hökuməti üçün məqsəd deyil, vasitədir”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda deyib.
Onun sözlərinə görə, effektivlik və səmərəlilik Azərbaycan üçün əhəmiyyətlidir: “Bu gün birmənalı olaraq deyə bilərik ki, rəqəmsal transformasiya cəmiyyəti irəli aparacaq yeganə vasitədir. Bizim əsas məqsədimiz rəqəmsal transformasiyadan istifadə üçün zaman kəsiyini qısaltmaqdır. Son illər həm aparılan məhkəmə-hüquq islahatları, həm rəqabət mühitinin yaxşılaşdırılması, həm də telekommunikasiya sahəsinə yatırılan investisiyalar bunu deməyə əsas verir”, - deyə o qeyd edib.