"Azərbaycan Dəmir Yolları"nın yığılmış zərəri 2 milyard manatı keçib


“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ili 516,187 milyon manat xalis zərərlə başa vurub.


"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,3 dəfə çoxdur.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 30,4% artaraq 2 212,434 milyard manat olub.

Ötən il ADY-nin əməliyyat gəlirləri 422,299 milyon manat (illik müqayisədə 4% çox), əməliyyat xərcləri 514,323 mln manat (11,9 % çox), digər xərcləri 423,133 milyon manat (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,03 milyon manat (3,7 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə ADY-nin aktivləri 5 145,529 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,95 % çoxdur. Bunun 4 503,787 milyon manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2020-ci ildə bu rəqəm 9,1 % artıb.

Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 0,6% artaraq 2 995,632 milyon manata, balans kapitalı isə 14,5% artaraq 2 149,897 milyon manata, o cümlədən nizamnamə kapitalı 12,4% artaraq 906,062 milyon manata çatıb.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu