Peskovdan Ərdoğanın gündəm olan şəkli ilə bağlı açıqlama
Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın MHP sədri Dövlət Baxçalı ilə görüşündə “Türk dünyası” xəritəsi ilə çəkdirdiyi şəkli şərh edib.
“Qafqazinfo” xəbər verir ki, Peskov bu barədə “Rossiya 1”ə danışıb.
“Rusiyanın türk tərəfdaşlarının “Türk birliyi” ideyasını inkişaf etdirməsi normaldır. Ancaq Kreml tarixi olaraq Rusiya Federasiyasına aid olan Altayın olduğu qızıl ulduzun əskikliyinə görə məyusdur”, - Peskov bildirib.
“Bu şəkildə qızıl ulduz əskikdir. Türk dünyasının mərkəzi olaraq qəbul edilən bu ulduz Türkiyədə deyil, Rusiya torpaqlarındadır və hər türkün gəldiyi müqəddəs yer olan Altayda yerləşir”, - Peskov bunu türkologiya mütəxəssisi kimi ediyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana türk dünyasının xəritəsini hədiyyə edib. Xəritədə türk dövlətləri və türklərin yaşadıqları ərazilər, eləcə də, Azərbaycan qeyd edilib. Ərdoğanın şəkli sosial şəbəkələrdə gündəm olub.