Erməni əsgər özünü öldürüb

Ermənistanda əsgər özünü güllələyib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə noyabrın 15-də Qeqarkunik rayonundakı hərbi hissədə qeydə alınıb.
Bildirilir ki, 1992-ci il təvəllüdlü müqaviləli əsgər Georgi Xaçatur Avetyan odlu silahla ehtiyatsız davranma zamanı xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, bir gün sonra ölüb.