“Ermənistan “Mən sülh istəmirəm, təxribat istəyirəm” deyir”


“Can Azərbaycan 28 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarını azad etdi, türklərin gücünü göstərdi. Azərbaycan tək deyil”.


“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəhreynli həmkarı Abdullətif bin Rəşid Alzayani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son təxribata münasibət bildirən Çavuşoğlu bildirib: “Ermənistan Azərbaycan torpaqlarına terror hücumu həyata keçirir. Ermənistan “Mən sülh istəmirəm, təxribat istəyirəm” deyir. Burada kim uduzur? Yenə Ermənistan uduzur. Ermənistan sülhdən yana mövqe nümayiş etdirməlidir”.

Daha sonra Çavuşoğlu xatırladıb ki, Azərbaycan Ermənistana genişmiqyaslı sülh sazişi bağlamağı təklif edib: “Yəni, müharibədə qalib gələn və daha güclü olan tərəf bunu etdi. Ermənistan isə atəşkəsdən dərhal sonra öz əsgərlərinin bir hissəsini Azərbaycan torpaqlarına sızdıraraq əsgərlərimizə hücum etdi. Bu yanaşma tərzləri yanlışdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu