Azərbaycan - Qətər matçının hakimləri bəlli oldu
Futbol üzrə Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoxlama oyununun hakimləri müəyyənləşib.
Qarşılaşma Litvadan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Ona yan xətt hakimləri Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək.
Dördüncü hakim funksiyasını azərbaycanlı FİFA referisi Elçin Məsiyev yerinə yetirəcək.
Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçına saat 21:00-da start veriləcək.