Ermənistanın müdafiə naziri də Moskvaya getdi
Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya yola düşüb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Karapetyan MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının noyabrın 10-da Rusiya paytaxtında keçiriləcək növbəti iclasında iştirak edəcək.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da bu görüşdə iştirak etmək üçün Moskvaya gedib.