"Ermənistan strategiyasını dəyişməli və qonşulara qarşı ərazi iddialarına son qoymalıdır"


"Ermənistan strategiyasını dəyişməlidir. Azərbaycanın əzəli torpaqlarını azad etməsi Cənubi Qafqazda vəziyyəti dəyişib".


Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.

O vurğulayıb ki, işğal Ermənistanın müstəqilliyinə xələl gətirib: "Ermənistanın iqtisadi potensialı qonşu ölkələrdən asılıdır. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoysa, bu, Ermənistana fayda verəcək. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az






Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu