Dövlət əmlakları üzrə icarə haqqı və minimum tariflər artırılır
Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 16 milyon manatı və yaxud 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar hesabına təmin ediləcək.
Bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 45,5% çoxdur.
Kəskin artıma səbəb gələn il dövlət əmlakları üzrə icarə haqqının, eləcə də minimum tariflərin artırılmasıdır.