Demokratiya zirvəsinə Azərbaycan və Türkiyə niyə dəvət olunmadı?


Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da online formatda keçiriləcək Demokratiya zirvəsinə Azərbaycanın dəvət olunmaması gözlənilən idi. Bu qərarın obyektiv olmadığını söyləyə bilmərik, çünki ölkəmizdə demokratikləşmə istiqamətində hər hansı islahat aparılmadığını və real addımların atılmadığını biz özümüz hamıdan əvvəl görür və bilirik.


AFN xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib. Onun sözlərinə görə, dialoq adlandırılan görüşlər silsiləsi var, amma bu, həqiqi dialoq deyil və ölkə problemlərinin həllinə, hansısa sahədə açılım etməyə yönəlməyib. Dəvətlilər sırasında Türkiyənin olmamasını haqsızlıq adlandıran Ş.Cəfərli qeyd edib ki, Türkiyədə son illər hüquq dövlət, insan haqları, demokratik inkişaf sahəsində ciddi reqres baş versə də, demokratik seçki institutu hələ işləyir: "Bunu 2019-cu ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər də göstərdi. Türkiyənin demokratik institutları (siyasi partiyalar, QHT-lər və s.) toplantıya dəvət alan bir çox dövlətin, o cümlədən Ermənistan, Gürcüstan, Pakistan kimi ölkələrin müvafiq institutlarından daha güclüdür. Türkiyə demokratik dövlətlərin ittifaqı olan NATO-nun üzvü, Avropa Birliyinə namizəd ölkə olaraq qalır, onu Rusiya və digər avtokratik ölkələrlə, diktaturalarla bir sıraya qoymaq yanlışdır. Böyük ehtimalla, bu məsələdə Türkiyə prezidentinin şəxsinə münasibət, onun avtoritar lider kimi qəbul olunması rol oynayıb. Ümumiyyətlə, bu tip siyahıların hazırlanmasında subyektivizm amili və müəyyən maraqlar hər zaman rol oynayır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu