Pakistan Demokratiya Sammitindən çıxdı


Pakistan İkinci Demokratiya Zirvəsində iştirak etməyəcək.


AFN.az TASS-a istinadən xəbər verir ki, rəsmi İslamabad bunu beynəlxalq dialoq formatının nəzərdə tutduğu "müəyyən milli öhdəlikləri" öz üzərinə götürməyə hazır olmaması ilə izah edib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"2021-ci ildə başlayan və ölkələrdən müəyyən milli öhdəliklər götürməyi tələb edən sammitdə Pakistan iştirak etməyib. Zirvə prosesi hazırda qabaqcıl mərhələdədir, ona görə də Pakistan ABŞ və həmsədr ölkələrlə ikitərəfli əsasda əlaqə saxlayacaq. Demokratik prinsipləri və dəyərləri təşviq etmək və gücləndirmək, həmçinin insan haqlarını təşviq etmək və korrupsiya ilə mübarizə aparmaq üçün ikitərəfli təmaslara üstünlük veriləcək", - Pakistan XİN-in bəyanatında belə deyilir.

Pakistan həmçinin ABŞ və həmsədr ölkələrə Pakistanı 29-30 mart 2023-cü il tarixlərində keçiriləcək ikinci Demokratiya Sammitində iştiraka dəvət etdiklərinə görə minnətdarlıq edib. XİN-in bəyanatında bildirilir ki, rəsmi İslamabad Birləşmiş Ştatlarla dostluğu yüksək qiymətləndirir: "Prezident Co Baydenin administrasiyası ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə inkişaf edib. Biz sülh, sabitlik və firavanlıq naminə əməkdaşlığın gücləndirilməsinə sadiq qalırıq".

Martın 29-30-da Zambiya, Kosta-Rika, Hollandiya, Koreya Respublikası və ABŞ-ın həmsədrliyi ilə virtual formatda ikinci Demokratiya Sammiti keçiriləcək. Birinci Demokratiya Sammiti ABŞ-ın ev sahibliyi ilə videokonfrans formatına 2021-ci ilin dekabrında keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu