Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin 60 faizi peyvənd olunub - RƏSMİ
"Bu gün dünyada pandemiya başa çatmayıb. Bundan çıxış yolu isə vaksinasiyadan keçməkdir. Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin 60 faizi peyvənd olunub".
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır.