Ceyhun Bayramovun Rusiyaya səfəri gözlənilir


“Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə yeni görüşün konkret tarixi hələ ki, bəlli deyil. Lakin Moskvaya səfər istisna edilmir”.


“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda jurnalistlərin Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı sualına cavab verərkən deyib.

Ceyhun Bayramov rusiyalı həmkarı ilə oktyabr ayında Minskdə görüşdüyünü xatırladıb.

“Biz Rusiya ilə daim əlaqədəyik. Rusiya-Azərbaycan gündəliyi çox genişdir, bu baxımdan biz vaxtaşırı görüşürük. Növbəti görüşün konkret tarixi hələ ki, bilinmir. Lakin biz bu ehtimalı heç vaxt istisna etmirik”, - deyə C. Bayramov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu