Bakıda fəhlə yük maşınının təkərinin altında qalaraq ölüb


Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb.


Bu barədə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 2-si saat 02 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1986-cı il təvəllüdlü Cəmaləddin Zeynalovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəmaləddin Zeynalov işlədiyi daş karxanasında hərəkətdə olan “KamAZ” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq təkər altında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu