Bu texnikaların lizinqə verilməsi vergidən azad edilir
Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsinin vergidən azad edilməsi təklif edilir.
Bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə bildirilir.
Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi də vergidən azad edilir.