Voleybol üzrə Azərbaycan çempionatı bərpa olunur


Voleybol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında yeni mövsüm dekabrın əvvəllərində start götürəcək.


Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi bununla bağlı fəaliyyətə başlayıb. Artıq bir sıra klublar məşqlərini bərpa edib.

Hələlik çempionatda iştirak edəcək komandaların adlarına tam aydınlıq gəlməyib. Lakin "Murov"un həm qadınlar, həm də kişilərin yarışında təmsil olunacağı dəqiqdir. Digər klublara gəldikdə, "Azərreyl" və "Abşeron" qadınlar, "Ekspress" və MOİK kişilər arasında mübarizə aparacaq.

Hazırda digər komandaların, xüsusən, regionların da Azərbaycan çempionatında təmsil olunmaları istiqamətində işlər görülür.

Oyunların əksəriyyəti AVF-in idman zalında və "Murov" Voleybol Klubunun İdman Bazasında keçiriləcək. Bununla yanaşı, bəzi qarşılaşmaların Bakı İdman Sarayında və regionlarda təşkili müzakirə olunur.

Federasiya rəhbərliyi 2022/2023 mövsümündən Azərbaycanın yenidən avrokuboklarda təmsil olunmasını hədəfləyib.

Qeyd edək ki, sonuncu dəfə ölkə çempionatı 2019/2020 mövsümündə keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu