DGK-nin Tibbi Xidmət İdarəsinə yeni rəis müavini təyin edilib


Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.


Bu posta İsmayıl Əfəndiyev gətirilib.

O, Bakı şəhərinin baş toksikoloqudur.

Qeyd edək ki, İ.Əfəndiyev 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu, 2001-ci ildə Azərbaycan Tibb Universitetində əyanı aspiranturanı bitirərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. O, 2007-2008-ci illərdə Almaniyanın paytaxtı Berlində Vivantes Humbold - Daxili Xəstəliklər Xəstəxanasının Kardiologiya və intensiv terapiya şöbəsində ixtisasartırma kursu keçib. 2010-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı alıb.

Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdir müavini, sonra isə xarici tələbər dekanı vəzifələri tutub. İ.Əfəndiyev praktik əmək fəaliyyətinə 1996-cı ildən 2021-ci ilə qədər Kliniki Tibbi Mərkəz Toksikologiya şöbəsində həkim toksikoloq-reanimatoloq kimi fəaliyyət göstərib.

O, 175-dən artıq orijinal elmi işlərin, o cümlədən 4 dərslik, 10 metodik vəsait, 2 monoqrafiya, 1 kliniki protokol və 1 patent-ixtiranın müəllifidir. 4 xarıci elmi-praktiki jurnalların redaksiya heyətinin üzvüdür.

Müxtəlif illərdə İngiltərə, İndoneziya, Ukrayna, Gürcüstan, Cənubi Koreya, Avstriya, Çin və Danimarkada təlim kurslarında iştirak edib. 2006-cı ildən Azərbaycan Toksikoloqlar Cəmiyyətinin sədri, 2009-cu ildən Avropa Toksikoloji Mərkəzlərin və Kliniki Toksikoloqların Assosiasiyanın həqiqi üzvidir. 2010-cu ildən BMT “Beynəlxalq Kimyəvi İdarəetmə Üçün Strateji Yanaşma”(SAICM) təşkilatının Azərbaycan üzrə koordinatoru, 2012-ci ildən Ümumdünya Səhiyyə Təşkilatyının Kimyəvi Təhlükəsizlik və Ətraf Mühitin Sağlamlığı üzrə Milli Ekspert və Koordinatordur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu