Dövlət Komitəsi 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu AFN-ə açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb.
"Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır".