İran Prezidenti Azərbaycanın yeni səfirini qəbul etdi
İran Prezidenti İbrahim Rəisi Azərbaycanın bu ölkəyə təyin olunmuş səfiri Əli Əlizadəni qəbul edib.
“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, səfir Əli Əlizadə görüş zamanı öz etimadnaməsini İran Prezidentinə təqdim edib.