Bakıda ağacları kəsən tikinti şirkəti 15 min manat cərimələnib


Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində ağacların quruması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.


Xidmət rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı “RS Construction” MMC tərəfindən ərazidə tikinti işlərinin aparıldığı və tikintinin ətrafına çəkilmiş hasarın daxilində və kənarındakı bir neçə şam ağacının bioloji inkişafdan dayandığı məlum olub:

“Ağacların qurumasının səbəbini müəyyən etmək məqsədilə qurumuş ağacların dibindən torpaq nümunəsi götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib”.

Xidmət rəsmisi onu da qeyd edib ki, bir müddət əvvəl “RS Construction” MMC-yə sözügedən ərazidən ağacları qanunsuz köçürdüyünə görə tərəfimizdən akt, protokol tərtib olunub, cərimələnməsi üçün toplanmış sənədlər Xətai rayon Məhkəməsinə göndərilib və şirkət 15 000 manat məbləğində cərimələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu