Sahibə Qafarova İrana səfərindən danışıb
“İrana səfərim zamanı qeyd etdim ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbə ilə ərazi bütövlüyünü bərpa edib. Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq: “Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tanındığını vurğuladım. Bunu nəzərə alaraq, bu məsələyə İran parlamentinin də diqqət yetirməsinə toxundum”.