Bu, Ermənistan dövləti üçün böyük təhlükədir - İlham Əliyev


Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün.


AFN xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib: "Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın! Anım günündə I və II Qarabağ müharibəsi şəhidlərinə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu