Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
"Yeni Klinika"dan verilən məlumata görə, jurnalistin vəziyyəti ağır-sabitdir.
"Vəziyyətində dəyişiklik yoxdur",- xəstəxanadan bildirilib.
Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.