Mediasiya Şurasının geniş iclası keçirilib


250-dək mediatoru birləşdirən Mediasiya Şurasının videokonfrans formatında geniş iclası keçirilib.


AFN-in məlumatına görə, iclasda mediasiya institutunun faktiki olaraq fəaliyyət göstərdiyi 2 ayadək müddət ərzində bu sahədə mühüm təşkilati tədbirlərin həyata keçirildiyi, mediasiyanın tətbiqi ilə bağlı 4000-dən çox müraciətə baxıldığı bildirilib.

İclasda həmçinin Şuranın ilkin fəaliyyət nəticəsi müzakirə olunub.

Qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmələrin iş yükünün azaldılmasında mühüm rolu olan mediasiyanın ilkin təcrübəsinin öyrənilməsi və bu institutun səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Mediasiya Şurası və digər aidiyyəti qurumlarla birgə məhkəmələrdə monitorinqlərin keçirilməsi təşkil olunub.

Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar, o cümlədən işlərin bölüşdürülməsi qaydasında qüsurlar, bu sahədə müstəsna əhəmiyyəti olan «Mediasiya.org» portalının funksionallığının artırılması ehtiyacı və s. aşkar edilib.

Tədbirdə həmin hallar diqqətə çatdırılmış, onların aradan qaldırılması üçün tədbirlər müəyyən edilmiş, o cümlədən Qaynar Xəttin yaradılmasının zəruriliyi bildirilib.

Çıxış edən mediatorlar mediasiya fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cümlədən tərəflər arasında münaqişələrin azaldılması və mübahisələrin onları razı salacaq şəkildə həlli üçün mediatorların üzərinə düşən vəzifələri qeyd etmiş, görülən tədbirlərin yeni qurulan mediasiya fəaliyyətinin səmərəliliyinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu