ÜST rəhbəri taliblərlə danışıqlar aparacaq


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Əfqanıstanın paytaxtı Kabilə səfər edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TOLO news” telekanalı yayıb.

Məlumata əsasən, ÜST rəhbəri Kabilə səfəri çərçivəsində “Taliban” hərəkatı nümayəndələri ilə görüşmək niyyətindədir.

Bildirilir ki, görüşlərdə müzakirə olunacaq əsas məsələ Dünya bankı tərəfindən Əfqanıstanın səhiyyə sahəsinə edilən yardımın dayandırılması, həmçinin bu yardımın bərpa olunması imkanları olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu