“147 minə aldığım evi “Şans” MTK başqasına da satıb” - ŞİKAYƏT


Bakıda qalmaqallı tikinti şirkəti olan “Şans” MTK-dan daha bir vətəndaş şikayətçidir.


AFN xəbər verir ki, pilot layihə olaraq köhnə binanın yerində tikilən yaşayış kompleksində bir mənzilin iki nəfərə satıldığı iddia olunur.

Vətəndaş Tofiq Hacızadə Nərimanov RPİ-yə müraciət edərək bildirib ki, 2019-cu il avqust ayında “Şans” MTK şirkəti Əliəşrəf Əlizadə küçəsində yerləşən binadan ona 147 min manata satılan mənzili həm də başqa bir şəxsə satıb.

Qeyd edək ki, 2017-ci ildə tikintisinə başlanılan binanın 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulsa da, proses 4 il çəkib. Sakinlər bir neçə ay öncə mediaya müraciət edərək evlərin təhvil verilməsinin yubadılmasından narazı olduqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu