Bu siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb - nazirdən açıqlama
“Tədrisi qeyri-dillərdə təşkil olunmuş siniflərdə Azərbaycan dili saatları təxminən 2 dəfə artırılıb, o cümlədən “Zəfər tarixi” dərsliyi Azərbaycan dilində tədris olunacaq”.
Bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.
“Eyni zamanda, biz bəzi hallarda müşahidə edirik ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda Azərbaycan dili imtahanından aşağı bal yığan məzunlarımız var. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Bu baxımdan düşünürəm ki, faydalı qərardır və ictimaiyyət də bunu müsbət qarşılayacaq”, - deyə o əlavə edib.