Azərbaycanda son sutkada 2676 nəfər COVID-19-a yoluxub, 38 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 676 yeni yoluxma faktı qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 460 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, aktiv xəstə sayı 44 585 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.