Aİ-nin yeni səfiri Azərbaycana gəlib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalko Bakıya gəlib.
Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat veriblər.
Diplomat etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, avqustun 4-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel slovakiyalı diplomat Petr Mixalkonun Aİ-nin Azərbaycandakı səfiri vəzifəsinə təyin edildiyini bildirmişdi.
P.Mixalko bundan öncə Avropa İttifaqının Moldova Respublikasındakı nümayəndəliyinin rəhbəri, daha əvvəl isə Slovakiyanın Yunanıstandakı səfiri olub.