Putin BMT Baş Assambleyasının sessiyasına qatılmayacaq
Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasının builki sessiyasında iştirak etməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Prezident bu il Baş Assambleyada iştirak etməyi planlaşdırmır”, - deyə Peskov jurnalistlərə bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 21-dən 27-nə qədər davam edəcək.