Putindən sonra Rusiyanı köklü dəyişiklik gözləyir - keçmiş səfir


ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Vladimir Putinin hakimiyyəti dövründən sonra bu ölkədə mövcud siyasi sistemin "kökündən yeni bir sistem"lə əvəz olunacağını deyib.


ABŞ-la Rusiya və Çin arasındakı əlaqələr mövzusunda keçirilən bir onlayn konfransda danışan Makfol hansı proqnozun "daha radikal" olacağıyla bağlı sual edib.

"Putinin 20 illik hakimiyyətindən sonra əsasən eyni siyasi sistem işləyəcək və ya Putinin hakimiyyətindən 20 il sonra onu kökündən yeni bir sistem əvəz edəcək?" sualını cavablandıran iplomatın sözlərinə görə, birinci proqnoz radikal, ikincisi isə daha çox gözləniləndir.

Makfol Rusiya tarixinə əsaslanaraq fərziyyələr irəli sürdüyünü vurğulayıb. Bir liderin ölkəni onilliklər boyu idarə etməsindən sonra "adətən reaksiya olur" deyib.

O buna Leonid Brejnevin 20 illik idarəçiliyi dövründə durğunluğa reaksiya olaraq Xruşşov dövründə Stalin əleyhinə hərəkatı, Qorbaçovun hakimiyyətini nümunə göstərib. "Əlbəttə ki, Putin Yeltsinizmə reaksiyadır", diplomat deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu