Türkiyədə “Mü” ştamına yoluxma qeydə alındı
Türkiyədə koronavirusa yoluxmuş iki nəfərdə yeni “Mü” ştamı aşkar olunub.
Bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Onun sözlərinə görə, buna baxmayaraq, Türkiyədə koronavirusun “Delta” və “Delta plus” ştamlarına yoluxma halları üstünlük təşkil edir.
““Delta” və “Delta plus” ştamları ilə yoluxma halları 90%-i ötəcək səviyyədədir”, - deyə F. Qoca bildirib.