Hulusi Akar Azərbaycana təşəkkür etdi
![](/uploads/posts/2021-08/1630150550_akaraafn6.jpg)
“Əfqanıstandakı hərbçilərimizin təxliyyəsinə 25 avqustdan etibarən başlanılıb. 8 təyyarə və 2 helikopterlə heyət və sivillər 48 saatdan az müddətdə təxliyyə olunub”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O, Əfqanıstandakı missiya zamanı göstərdikləri dəstəyə görə bir sıra dövlətlərə, o cümlədən Azərbaycana təşəkkür edib:
“Terror hücumlarını qınayırıq. Kabildəki işbirliyinə görə qəhrəman Azərbaycan əsgərlərinə, nazirlik və dövlət qurumlarına təşəkkür edirəm. Missiya müddətində dəstək olan əfqan qardaşlarımıza, ABŞ, İngiltərə, Almaniya və Tacikistana minnətdarlığımı bildirirəm”.