Paşinyanın istefasını tələb edən daha bir general işdən çıxarıldı


Ermənistan ordusunda daha bir general istefaya göndərilib.


Qaynarinfo xəbər verir ki, bu gün Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamı ilə korpus komandiri, general-mayor Jirayr Poqosyan tutduğu vəzifədən azad edilib.

Poqosyan Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun komandiri vəzifəsini daşıyırdı. O bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.

Jirayr Poqosyan baş nazir Nikol Paşinyana müxalifətdə dayanan generallarandır. O, bir müddət əvvəl Nikol Paşinyanın istefasını tələb edən yüksək rütbəli hərbçilər arasında o da var idi.

Poqosyan həm də "Qarabağ klanı"na yaxın şəxs sayılır. O, 1998-1999-cu ildə qondarma Dağlıq Qarabağ Respublikasının "baş nazir”i olub.

Ehtimal olunur ki, Poqosyanın istefaya göndərilməsi ordunun "Qarabağ klanı"na, eyni zamanda Rusiyanın tamamilə nəzarətində olan fiqurlardan təmizlənməsi prosesinin tərkib hissəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu