Həlak olan hərbi qulluqçu dəfn edildi
Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçusu Oğuzda dəfn edilib.
"Report" xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayev rayonun Calut kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Qeyd edək ki, R.Babayevin dayısı 1978-ci il təvəllüdlü Saməddin Əmrahov da Vətən müharibəsində Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub.