“AzərTac”ın keçmiş baş direktoru vəfat etdi
Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Şamil Şahməmmədov 86 yaşında dünyasını dəyişib.
Tanınmış jurnalist uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, jurnalistika sahəsindəki 45 illik fəaliyyətinin 32 ilini “Bakı” və “Baku” qəzetlərinin redaksiyasında keçirən istedadlı qələm sahibi burada müxbirlikdən baş redaktor vəzifəsinədək yüksəlib. Sonradan “Kommunist” qəzetində (indiki Xalq qəzeti) baş redaktor müavini, uzun müddət AzərTac-da baş direktorun müavini və baş direktor vəzifələrində çalışıb.