SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb?


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və Xalik Məmmədov vəzifələrindən azad ediliblər.


AFN xəbər verir ki, bu barədə haqqin.az şirkətdəki mənbələrinə istinadən bildirib. Mənbələr qeyd ediblər ki, SOCAR-da kütləvi kadr dəyişiklikləri Azərbaycan Dövlət Neft Şirkətindəki islahatlar və restrukturizasiyalarla bağlıdır.

Şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Prezidenti təyin edir: “Buna görə şirkətin hər hansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur.”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu