Putinlə mübahisədən çəkinməyən milyarder xanımı...


Rusiya Dövlət Dumasının 49 yaşlı deputatı Svetlana Jurova “Sports İntervyu” adlı youtube-şounun qəhrəmanına çevrilib.


“Qafqazinfo” “Spletnik”ə istinadən xəbər verir ki, həm də fiqurlu konki sürmə üzrə Rusiya və sovet idmançısı olan Svetlana Jurova şou zamanı öz siyasi fəaliyyətindən və Rusiya Prezidenti Vladimir Putinlə necə işlədiyindən bəhs edib.

O, bəzən dövlət başçısının iştirakı ilə keçirilən iclaslarda iştirak etdiyini deyib və vurğulayıb ki, demək olar ki, heç vaxt heç kim Prezidentlə mübahisə etmir: “Lakin bədii gimnastika üzrə məşqçi, milyarder Alişer Usmanovun həyat yoldaşı, 72 yaşlı İrina Viner-Usmanova öz fikrini deməkdən heç vaxt çəkinmir. Hətta bu fikir Prezidentin fikri ilə zidd olsa belə”.

Onun sözlərinə görə, adətən görüşlərdə kiminsə Prezidentin fikri ilə razılaşmaması nadir hallarda olsa da, bu baş verir.

S.Jurova vurğulayıb ki, İrina Viner digərlərinin düşündüyünü demir və hər hansı bir məsələ barədə nə fkirləşirsə, onu da dilə gətirir.

O, bununla yanaşı əlavə edib ki, Prezidentlə mübahisə etmək qadağan deyil.

“Əgər bir şəxs işlə bağlı mübahisə edirsə, düşünmürəm ki, buna görə hər hansı bir cəza nəzərdə tutulub”, - deyə millət vəkili qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu