Füzulidə şirkət əməkdaşının minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb


Füzulidə “Körpü-Bina-Tikinti” MMC-nin əməkdaşının minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb.


Füzuli rayon prokurorluğundan AFN-ə verilən məlumata görə, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu