Ölkəyə gələn turistlərin sayında 75 faiz azalma baş verib - ötən il


Pandemiya səbəbilə 2020-ci ildə ölkəyə səfər edən xaricilərin sayında 74.9% azalma baş verib. Nəticədə cəmi turist xərcləmələrində 80.5%, o cümlədən xarici turist xərcləmələrində 85% azalma olub. Beləliklə, turistlərin yerləşdirilməsi və iaşə sahəsində yaradılan əlavə dəyər 58.9%, iaşə dövriyyəsi 2.2 dəfə, hotellərin gəlirləri 74% azalıb.


Bunu AFN-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildiriblər. Qeyd edilib ki, bu ilin yanvar-may aylarında ölkəyə 215 min xarici vətəndaş gəlib, bu isə ötən illə müqayisədə 62% azalma deməkdir: "Bununla belə, əgər aylıq müqayisə aparmış olsaq, ölkəyə gələnlərin sayında aprel ayından etibarən artım meylliliyi müşahidə edilir. Belə ki, ötən ilin aprel ayı ilə müqayisədə 2021-ci ildə gəlmə sayı 19.7 min nəfərdən 45.7 min nəfərə çatmışdır ki, bu da 2.3 dəfə artım deməkdir. Ötən ilin may ayında ölkəyə 24.9 min xarici vətəndaş səfər etmişdisə, bu il bu göstərici 2.1 dəfə çox, yaxud 51.6 min olub. Eləcə də iyun ayının müqayisəsi ötən ildən 156% faiz daha çox xarici ziyarətçinin gəldiyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin iyun ayında 26238, bu ilin iyun ayında isə 67189 nəfər xarici ziyarətçi Azərbaycan sərhədlərinə daxil olub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu