Vətəndaşların tibbi xidmət üçün xaricə göndərilməsi üzrə Komissiyaya yeni sədr təyin olunub


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın sədri dəyişib.


APA-nın məlumatına görə, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın yaradılması, tərkibinin və əsasnaməsinin müzakirəsi və təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Komissiyanın sədri "Akademeik M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini Telman İbadov təyin olunub.

Qeyd edək ki, Komissiyanın əvvəlki sədri pediatr, tibb elmləri doktoru, professor Nəsib Quliyev olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu