Arif Quliyevin məzardaşının hazırlanmasına nazirlik pul ayırmayacaq
Mərhum Xalq artisti Arif Quliyevin məzardaşının hazırlanması üçün maddi imkanı olmayan ailəsi Mədəniyyət Nazirliyindən dəstək gözləsə də, bu, mümkün olmayacaq.
Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.
Qeyd edək ki, mətbuatda aktyorun ailəsinin maddi imkansızlığa görə Arif Quliyevin məzardaşını hazırlaya bilmədikləri və bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözlədikləri ilə bağlı xəbərlər yayılsa da, daha sonra oğlu Rövşən Quliyev açıqlama verərək yayılan xəbərləri təkzib etmişdi.
Xatırladaq ki, Xalq artisti Arif Quliyev Qaradağ rayonu "Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun məzardaşı hələ də hazırlanmayıb.