Gürcüstanın XİN başçısı: “Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa hazırıq”


“Regional əməkdaşlığın inkişafı Gürcüstan üçün prioritetdir. İnanıram ki, bölgədəki qonşularımız üçün də bu belədir”.


Bu fikirləri Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanları” panelində çıxışında deyib.

Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla əla münasibətləri var: “Azərbaycan bizim strateji tərəfdaşımızdır. Türkiyə də həmçinin. Ermənistanla tarixi yaxın dostluq münasibətlərimiz var. Regional əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əla praktiki nümunələri var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və digər layihələrdə iştirak edirik. Bu layihələr praktiki əməkdaşlığın nümayişidir. Bu mesajı bölgədəki digər ölkələrə, ermənistanlı həmkarlarımıza da göndəririk. Biz Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa, iqtisadi əməkdaşlıq üzrə konkret layihə və ideyaları inkişaf etdirməyə hazırıq. Bu sahələr nəqliyyat, rabitə, Qara və Xəzər dənizlərinin potensialının istifadəsi, humanitar, biznes və ticari əlaqələr, mədəni sahələri əhatə edə bilər. Türkiyə, ABŞ, Avropa İttifaqının də bu layihələrə qoşulması və inkişafı imkanlarını nəzərdən keçirmək olar. Çünki mühüm əhəmiyyətli iqtisadi layihələr olmadan sabitlik mümkün deyil, sabitlik olmadan isə inkişaf və tərəqqi yoxdur”.

D.Zalkaliani Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub. “Bu razılşma yaxşı başlanğıcdır. Bu prosesin inkişaf potensialı var. Ümid edirəm ki, Ermənistandakı seçkilərdən sonra üçtərəfli əməkdaşlıqla bağlı müzakirələri davam etdirmək imkanı olacaq. Türkiyə, ABŞ və Avropa İttifaqının də bu regional əməkdaşlıqda vacib rol oynayacağına inanıram”.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu